Suriyanın Homs vilayətində naməlum şəxslər avtobusa atəş açıb. Hücum nəticəsində azı 7 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Hadisə Masyaf körpüsü ərazisində baş verib. Atışmadan sonra hadisə yerinə daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, ölən və yaralananların təxliyəsinə başlanılıb.
Suriya daxili təhlükəsizlik qüvvələri hücumla bağlı araşdırmaya başlayıb. Silahlı şəxslərin kimliyi və hücumun mümkün motivləri barədə hələlik məlumat yoxdur.

