Suriyanın Homs şəhərində məsciddə baş verən partlayış nəticəsində azı səkkiz nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Bu barədə cümə günü SANA agentliyi məlumat yayıb.
Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, hazırda araşdırma aparılır.
Agentliyin təhlükəsizlik xidmətlərindəki adı açıqlanmayan mənbəyə istinadla verdiyi məlumata görə,
“Naməlum şəxslər məscidin daxilində partlayıcı qurğular yerləşdiriblər.”
Yaralılar xəstəxanalara yerləşdirilib, partlayışın kimlər tərəfindən törədildiyi və motivləri ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

