Ağdərə rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşını gürzə ilanı sancıb.
Denmedia.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, zərərçəkən agentliyin əməkdaşı Göyüş Valeh oğlu Mirzəyevdir.
Onun atası Valeh Mirzəyevin sözlərinə görə, ilan sancmasından sonra oğlunda kəskin allergik reaksiya yaranıb.
Zərərçəkən təcili tibbi yardım avtomobili ilə Bakıya aparılıb.

