Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, Kamran Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 17 yaşlı Elcan Muxtarov həyatını itirib.
Digər sərnişinlər – 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.

