İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə sentyabrın 12-də saat 22 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb.
Onun sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə aldığı xəsarətlərdən hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

