Rusiya-Ukrayna müharibəsi zonasında daha bir azərbaycanlı həlak olub.
Rusiya KİV-lərinin məlumatına görə, söhbət Rusiya Federasiyasının Saratov vilayətinin Yerşov rayonunda yaşayan Rəşad Beymirzəyevdən gedir.
Bildirilib ki, Yerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və həlak olduğu tarixlə bağlı məlumat açıqlamayıb.
Məlumata görə, Rəşad Beymirzəyevlə vida mərasimi oktyabrın 8-də Yerşov şəhərində, yaşadığı evin qarşısında keçiriləcək.
Bundan sonra onun nəşi dəfn olunmaq üçün Azərbaycana göndəriləcək.

