Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.
DenMedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış məlumata görə, 22 yaşlı Rəşad Rizvan oğlu Məhəmmədəliyev hərbi əməliyyatlar zamanı həyatını itirib.
Qeyd olunur ki, Rəşad Maqomedəliyev əslən Sumqayıtdandır.

