Cəbrayıl rayonunda mina partlayışı nəticəsində xəsarət alan 2000-ci il təvəllüdlü şəxsin vəziyyəti ağırdır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yaralı oktyabrın 8-də saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mina partlayışı nəticəsində onun sağ qolunun yuxarı üçdəbir hissəsi və sol baldırının aşağı üçdəbir hissəsi travmatik amputasiya olunub. Həmçinin sağ bud nahiyəsindən yaralanıb və digər xəsarətlər alıb.
Pasiyent əməliyyat olunub. Hazırda onun müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
TƏBİB-dən bildirilib ki, yaralının vəziyyəti ağır qiymətləndirilir.

