Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Bu barədə “Den.az”-a Arif Babayevin yaxınları bildirilib.
“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.