Sumqayıtda 32 yaşlı kişi dəm qazından zəhərlənərək həyatını itirib.
Bədbəxt hadisə şəhərin Yaşma bağları yaşayış massivində yerləşən fərdi evdə baş verib.
Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Məcdunov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Kişi zəhərlənmə nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

