Bərdədə 71 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza şəhərin S.Vurğun küçəsində qeydə alınıb.
Məlumata görə, səhər saat 06:30 radələrində Nizami Bərxudar oğlu Cəfərov idarə etdiyi “Mercedes-Benz C220 CDI” markalı avtomobillə 71 yaşlı Əsli Yaqub qızı Muradovanı vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.

