Saatlıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 23 yaşlı Rəhman Möhsüm oğlu Məmmədov idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Avtomobil əvvəlcə yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra “İstirahət parkı”nın ətrafındakı dəmir-beton hasara çırpılıb.
Qəza nəticəsində sərnişinlər Könül Mirzağa qızı Məmmədova və sürücünün 7 yaşlı bacısı Bahar Möhsüm qızı Məmmədova xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səylərinə baxmayaraq, 7 yaşlı Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.

