“Əsl Tarzan” ləqəbi ilə tanınan sosial media fenomeni Mayk Holston nəhəng piton ilanı ilə mübarizə apardığı görüntülərlə gündəmə gəldi.
Uzunluğunun təxminən 5,8 metr, çəkisinin isə 90 kiloqram olduğu iddia edilən ilanla qarşılaşan Holston çətin anlar yaşadı.
Pitonun güclü hərəkətləri qarşısında çətinliklə müqavimət göstərən fenomen sonda ilanın əlindən qurtulmağı bacardı.

Yaşadığı təhlükəli anları şərh edən Holston hadisəni zarafatla belə təsvir etdi:
“Mən ciu-citsuda mavi kəmər sahibiyəm, amma bu ilan cəngəlliyin qara kəmərlisidir. Həqiqətən, çox ucuz qurtuldum”.

