İndoneziyada 44 yaşlı Elizabet Yamalau nəhəng pitonun hücumu nəticəsində həyatını itirib.
Bu barədə The Sun məlumat yayıb.
Faciəvi hadisə İndoneziyanın Şimali Maluku əyalətində baş verib. Bildirilir ki, ilan qadına evinin yaxınlığında mal-qaraya baxdığı zaman hücum edib.
Məlumata görə, kolluqda gizlənən piton qadına hücum edib və nəticədə o, hadisə yerində həyatını itirib.
Həmin gün axşam saatlarında qadının həyat yoldaşı, 52 yaşlı Beniamin Lanto evlərinin yaxınlığında uzunluğu təxminən 7,5-7,8 metr olan pitonu aşkarlayıb.
Kişi həyat yoldaşını xilas etməyə çalışsa da, artıq gec olub. Daha sonra hadisə yerinə yerli sakinlər gəlib və qadının cəsədinin çıxarılmasına kömək ediblər.
Yerli polis rəisi Adnan Vahyu Kaşogi hadisəni təsdiqləyərək bildirib ki, hücum qadının həyətyanı sahədə işlədiyi vaxt baş verib.

