Bakının Qaradağ rayonunda yerləşən məktəblərdən birində makiyajla dərsə gələn IX sinif şagirdi dərslərə buraxılmayıb.
Bundan xəbər tutan şagirdin atası Çingiz Balabəyov məktəbə gələrək direktorla mübahisə edib.
Məlumata görə, kişi məktəbin iş rejimini pozub və müəllimlərin ünvanına nalayiq ifadələr işlədib.
Nəticədə Çingiz Balabəyov polis tərəfindən saxlanılıb və həbs edilib.

