Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda yerləşən məktəbə silahlı hücumla bağlı yeni həbs qərarı verilib.
İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli həbs edilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə nəticəsində 10 nəfərin öldüyü bildirilir.
Qeyd olunur ki, 8-ci sinif şagirdi İ.A.Mersinlinin atası Uğur Mersinli hücumdan sonra saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub.

