Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən avtomobil iki hissəyə bölünüb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

