Hindistanda “Tarakanlar Xalq Partiyası” hərəkatının lideri Abhicit Dipke polis tərəfindən həbs edilib.
Bu barədə India Today nəşri Yeni Dehli polisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Dipkeyə paytaxtın Konnaught-Pleys rayonundakı Mərkəzi Parka getməməsi ilə bağlı iki dəfə xəbərdarlıq edilsə də, o, qadağaya əməl etməyib.
Polis həbsi ictimai asayişin pozulması təhlükəsi ilə əsaslandırıb. Hərəkat liderinin şənbə günü məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Qeyd edək ki, “Tarakanlar Xalq Partiyası” Hindistanın baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edir. Hərəkat bu tələb yerinə yetirilməyəcəyi təqdirdə ölkəmiqyaslı etiraz aksiyaları keçirəcəyi barədə xəbərdarlıq edib.
Müxalifət seçici siyahılarının Baş nazir Narendra Modinin partiyasının xeyrinə dəyişdirildiyini iddia edir.
Hindistanın Seçki Komissiyası isə ittihamları qəbul etmir. Modinin rəhbərlik etdiyi partiya müxalifəti seçkilərdəki məğlubiyyətlərinə görə komissiyaya qarşı qarayaxma kampaniyası aparmaqda günahlandırır.

