Hindistanın Baş naziri Narendra Modi Instagram Reels-də paylaşdığı video ilə baxış rekordu müəyyənləşdirib.
The Hindustan Times yazır ki, iyulun 23-də yayımlanan video cəmi 24 saat ərzində 303 milyondan çox baxış toplayıb. Avqustun 8-nə olan məlumata görə isə videoya baxış sayı 416 milyona çatıb.
Videoda Modi milli tibb qəbul imtahanının materiallarının sızdırılması ilə bağlı etirazlar fonunda gənclərə müraciət edib və məsul şəxslərin saxlanılaraq həbs edildiyini bildirib.
Hindistanda etirazlar iyulun 20-də minlərlə tələbənin parlament binasına yürüşü ilə başlayıb. Gənclər təhsil naziri Dharmendra Pradhanın istefasını və dövlət imtahan sistemində islahatların aparılmasını tələb ediblər.
Çoxgünlük aksiyalardan sonra təhsil naziri istefa verib. Bunun ardınca Modi imtahan tapşırıqları və cavablarının sızdırılması ilə bağlı işlərə baxmaq üçün xüsusi məhkəmələrin yaradılacağını açıqlayıb.
Nazirin istefasından sonra etirazların dayandığı bildirilir.

