Sumqayıtda binanın damında təmir işləri apararkən xəsarət alan kişi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə şəhərin 2-ci mikrorayonunda baş verib. 1985-ci il təvəllüdlü Məhəbbət İldırım oğlu Məmmədov binanın damında təmir işləri görərkən müxtəlif xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Hadisə ilə bağlı FHN-in “112” qaynar xəttinə daxil olan məlumat əsasında əraziyə nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri göndərilib.
Zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xüsusi vasitələrlə binanın damından təhlükəsiz şəkildə endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

