Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfər dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalıb.
“Den.az” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
