Ucar rayonunda 54 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.
Denmedia.az xəbər verir ki, rayon sakini Azər Sabir oğlu Qasımovun meyiti yaxınları tərəfindən yaşadığı evdə aşkar edilib.
Məlumata görə, mərhum tək yaşayırmış.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

