Oğuzda 28 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ərmənət kəndində baş verib.
Kənd sakini Coşqun Babayevin meyitini yaşadığı ünvanda yaxınları aşkar edib.
Onun ölümünün səbəbi hələ ki məlum deyil.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

