Məktəbin ərazisində tikanlı məftil çəkilib. Təhsil müəssisəsinə dörd bir tərəfdən olan girişinin üçü artıq bağlanıb.
Denmedia.az XəzərXəbər-ə istinadən xəbər verir ki, söhbət Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 28 nömrəli tam orta ümumtəhsil məktəbindən gedir.
Məktəbə övladılarını gətirən valideynlərin sözlərinə görə, onlar ilk baxışdan narahatlıq keçiriblər. Sən demə məsələnin əsil mahiyyəti başqa imiş.
Validenylərin sözlərinə görə, ərazidə xeyli sayda yaşıllıq zolağı var. Bununla yanaşı məktəbin həyətində sahibsiz itlər çoxluq təşkil etdiyindən təhlükəsizlik məqsədi ilə tikanlı məftillərin çəkilməsini yüksək qiymətləndiriblər.
Hasarın hansı səbəbdən çəkildiyini və şagirdlərin təhlükəsizliyi üçün hansı tədbirlərin görüldüyünü öyrənmək məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan XəzərXəbərə bildirilib ki, Şəhid milli qəhrəman general Mayor Polad Həşimov adına 28 nömrəli tam orta ümumtəhsil müəssisəsinin ərazisi barədə sosial şəbəkələrdə iddia edilən məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
“Məktəbin əsas giriş-çıxışı açıqdır, şagird və valideynlərin gediş-gəlişinə heç bir məhdudiyyət yoxdur. Ərazinin yan hissələrində quraşdırılmış məftilli çəpərlər isə əvvəlki dövrlərdə yaşıllıq sahələrinin zədələnməsi halları nəzərə alınaraq, ağacların, gül kollarının və yeni əkilmiş yaşıllıqların qorunması məqsədilə quraşdırılıb. Eləcədə sahibsiz küçə itlərin məktəb daxilinə girişini məhdudlaşdırır. Çəpərlər məktəbə giriş-çıxışa maneə yaratmır və yalnız yaşıllıqların mühafizəsinə xidmət edir”.-deyə regional təhsil idarəsindən bildirilib.
Daha ətraflı XəzərXəbə-in reportajında:

