19 
yan
2024
23:51
474

Abşeron-Xızı Təhsil İdarəsinin NÖVBƏTİ UĞURU - FOTO

19 yan, 2024
23:51
474

Abşeron-Xızı Təhsil İdarəsinin NÖVBƏTİ UĞURU - FOTO

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin hər zaman öz uğurları ilə nümunə olduqları göz qabağındadır. Belə ki, məktəblərin şagirdləri həm beynəlxalq səviyyəli olimpiadalarda, həm də Respublika əhəmiyyətli bilik yarışlarında birincilik qazanaraq təmsil etdikləri təhsil müəssisələrini yüksəklərə qaldırırlar.

Den.az xəbər verir ki, növbəti uğura Abşeron rayonu Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Sitarə Qasımova imza atıb.

Belə ki, o, "Əlaçı" televiziya müsabiqəsinin qalibi olub.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu uğur münasibəti ilə adıçəkilən məktəbin şagirdini təbrik edərək, ona gələcək təhsilində uğurlar arzulayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar