Hindistanda sosial şəbəkə üçün “Reels” videosu çəkməyə çalışan qadın ehtiyatsızlıq nəticəsində boğazından yaralanıb.
Türkiyənin Haberler.com saytının məlumatına görə, qadın çəkiliş zamanı istifadə etdiyi kəsici alətlə təsadüfən öz boğazını yaralayıb.
Hadisə anı kameraya düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının bıçaqla hərəkət edərkən boynundan xəsarət aldığı və qan içində qaldığı görünür.
Görüntülər qısa müddətdə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Sosial şəbəkələrdə daha çox baxış, bəyənmə və izləyici qazanmaq istəyi bəzi istifadəçiləri təhlükəli hərəkətlər etməyə sövq edir.
Xüsusilə kəsici alətlərlə çəkilən videolar, hündür yerlərdə edilən təhlükəli hərəkətlər və nəzarətsiz nümayişlər ciddi xəsarətlərə, hətta ölümlə nəticələnən hadisələrə səbəb ola bilər.
Mütəxəssislər sosial platformalarda məşhurlaşmaq istəyinin şəxsi təhlükəsizlikdən üstün tutulmamalı olduğunu vurğulayırlar.
Onlar bir neçə saniyəlik görüntü naminə edilən riskli hərəkətlərin ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

