Yunanıstanın "Ehmera" televiziya kanalı canlı yayım zamanı bir şəxsin yaşlı qadını soymasını təsadüfən lentə alıb.
Den.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Afina şəhərinin çimərliklərindən birində baş verib.
Belə ki, dənizdə üzməyə hazırlaşan yaşlı qadın oğrunun hədəfinə çevrilib.
Həmin an təsadüfən kameralar tərəfindən lentə alınarkən, oğrunun qadının boynundakı boyunbağısını oğurladığı və sürətlə hadisə yerindən qaçdığı görüntülənib.
İddialara görə, qadının boyunbağısını oğurlayan şəxs qaçqın olub.
Sözügedən hadisə qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri hadisənin öncədən qurulma bir səhnə olduğunu da iddia ediblər.
Həmin görüntüləri təqdim edirik:
Oğurluq edərkən canlı yayıma düşdü - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.