Bakıda 16 yaşlı məktəbliyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən taksi sürücüsü polis tərəfindən saxlanılıb.
Denmedia.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də saat 21:00 radələrində baş verib.
Bildirilib ki, 11-ci sinif şagirdi dərsdən qayıdarkən metronun “Koroğlu” stansiyasından Buzovna qəsəbəsinin “Albalılıq” massivinə hərəkət edən “manatlıq taksi”yə minib.
İddiaya görə, avtomobildə tək qaldığı zaman sürücü onunla əxlaqsız məzmunlu söhbətlər aparıb və yeniyetməyə qarşı seksual xarakterli fiziki hərəkətlər edib.
Hadisə ilə bağlı aparılan tədbirlər nəticəsində sürücünün şəxsiyyəti müəyyən edilərək polis tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.

