Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb.
Denmedia.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi – yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan V.Abbasov “Sədərək” ticarət mərkəzində satıcı işləyib. O, Lökbatan qəsəbəsində avtobusdan düşən 17 yaşlı məktəbli qızı görərək onu izləyib.
Daha sonra qızın ardınca binanın dəhlizinə daxil olan şəxs ona hücum edib və seksual xarakterli zorakılıq hərəkətləri törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasov 5 il müddətinə azadlıqdan məhrum edilib.

