Salyan rayonunda bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadla bildirir ki, qəza rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
BMW və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər həyatını itirib, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

