19 
noy
2023
01:30
240

Salyanda ölümlə nəticələnən ağır yol qəzası - Fotolar + Yenilənib

19 noy, 2023
01:30
240

Salyanda ölümlə nəticələnən ağır yol qəzası - Fotolar + Yenilənib

Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.
“Den.az” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-dən “Den.az”-a verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində baş verib.
Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi "Mercedes" markalı, 04-BJ-781 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə hərəkət edən sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi "Howo" markalı, 77-DT-640 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.



Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi cinsi, 9-u qadın cinsi olmaqla) yerləşdirilib.
Den.az
xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Xəbərə görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Saat: 18:48

Salyanda yol qəzası baş verib.
Den.az APA-ya istinadla xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.
Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar