20 
sen
2023
23:01
274

Qarabağda Rusiya sülhməramlıları atəşə tutuldu: Ölənlər var-YENİLƏNİB

20 sen, 2023
23:01
274

Qarabağda Rusiya sülhməramlıları atəşə tutuldu: Ölənlər var-YENİLƏNİB - FOTO

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.
Müdafiə Nazirliyindən Den.az-a bildirilib ki, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.


"Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik" - məlumatda deyilir.

19.58

Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, hərbçilər həlak olub,
Den.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil kiçik silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olublar”, - məlumatda bildirilib.
İstintaq orqanlarının Rusiya və Azərbaycan nümayəndələri hadisə yerində bütün halları aydınlaşdırmaq üçün işləyirlər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar