ABŞ və İsrail İranın cənub-qərbi və mərkəzi hissələrində yerləşən qaz kəməri və qaz paylayıcı stansiyaya (QPS) zərbələr endirib. Bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, hücumlar İsfahanda yerləşən qaz paylayıcı stansiyanın binasını, həmçinin İraq sərhədində yerləşən Xürrəmşəhr şəhərinə qədər uzanan və elektrik stansiyasını təmin edən qaz kəmərini hədəf alıb.
Jurnalistlər bildirirlər ki, zərbələr nəticəsində qaz infrastrukturuna ciddi maddi ziyan dəyib, eləcə də yaxınlıqdakı yaşayış evlərinə də zərər vurulub.

