İranın paytaxtı Tehran sakinləri şəhərin əksər rayonlarında elektrik enerjisinin kəsildiyini bildirirlər. Bu barədə The New York Times məlumat yayıb və qeyd olunur ki, kəsintilər bir sıra hava zərbələrindən sonra baş verib.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da Tehranın ətrafında yerləşən Kərəc şəhərinin sakinlərindən elektrik enerjisinin kəsilməsi ilə bağlı şikayətlərin daxil olduğunu açıqlayıb.
23 mart səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) İran paytaxtının infrastrukturuna qarşı genişmiqyaslı zərbələrin başladığını elan edib. Fars agentliyi isə şəhərin ən azı beş rayonunda partlayış səslərinin eşidildiyini bildirib.
“Tehran enerji infrastrukturuna hücum olacağı təqdirdə regionda bütün enerji, informasiya texnologiyaları və suyun şirinləşdirilməsi obyektlərinə zərbə endiriləcək.”
Bundan əvvəl ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazındakı blokadanı 48 saat ərzində aradan qaldırmayacağı təqdirdə ölkənin elektrik stansiyalarının məhv ediləcəyi ilə hədələmişdi.

