İranın cənubunda, Hörmüz boğazı sahilində yerləşən iri liman şəhəri Bəndər-Abbas yaxınlığında üç partlayış səsi eşidilib.
Bu barədə Fars News agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar cümə axşamı təxminən saat 01:30-da Bəndər-Abbasın şərqində qeydə alınıb və hava hücumundan müdafiə sisteminin işə düşməsinə səbəb olub.
Partlayışların səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.

