İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan dörd gəminin qarşısının alındığını açıqlayıb.
Bu barədə hərbi qurumun bəyanatında bildirilib.
“Son bir neçə saat ərzində dörd gəmi ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından keçməyə cəhd edib. Raketlər və pilotsuz uçuş aparatlarının tətbiq olunduğu əməliyyat nəticəsində dörd gəminin hamısı dayandırılıb”, – bəyanatda qeyd olunub.
Gəmilərin hansı ölkələrə məxsus olduğu, onların yükü və ekipaj üzvlərinin vəziyyəti barədə əlavə məlumat verilməyib.

