İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan 4 tankerə hücum edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb.
Tasnim agentliyinin xəbərinə görə, SEPAH bildirib ki, xəbərdarlıqdan sonra gəmilərdən biri dayandırılıb, daha biri isə geri qaytarılıb.
“Dörd tanker SEPAH Hərbi Dəniz Qüvvələri ilə koordinasiya etmədən və xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazını qanunsuz şəkildə tərk etməyə çalışıb”, deyə məlumatda qeyd olunub.
Hadisə Hörmüz boğazı ətrafında gərginliyin artdığı bir vaxtda baş verib. Bu boğaz dünya enerji tədarükü üçün strateji əhəmiyyət daşıyır və buradakı hər bir insident beynəlxalq bazarlarda narahatlıq yarada bilər.

