İranın İordaniyadakı ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki amerikalı hərbçi həlak olub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM və tərəfdaş qüvvələr İranın ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlarını dəf edərkən İordaniyada iki ABŞ hərbçisi döyüş zamanı həlak olub. Bundan başqa, bir hərbçi hazırda itkin düşmüş hesab olunur”, — komandanlığın “X” sosial şəbəkəsində yayılan məlumatında bildirilib.
CENTCOM qeyd edib ki, dörd hərbçi xəstəxanaya yerləşdirilib, daha bir neçə hərbçi isə yüngül xəsarətlər alıb.

