NATO “Steadfast Noon” adlı illik nüvə çəkindirmə təliminə başlayıb. Təlimdə 17 ölkənin hərbçiləri iştirak edir.
Manevrlər 23 oktyabradək davam edəcək və əsasən İtaliya ərazisində keçiriləcək. NATO bildirir ki, məqsəd alyansın nüvə çəkindirmə və müdafiə prosedurlarının hazırlığını yoxlamaqdır.
Təlimə F-35, F-16, “Tornado” və “Gripen” qırıcıları, eləcə də kəşfiyyat, yanacaqdoldurma və dəstək təyyarələri cəlb olunub. Almaniya İtaliyanın Aviano aviabazasına 3 “Tornado” qırıcı-bombardmançı göndərib.
Hərbçilər nüvə missiyalarında istifadə olunan prosedurları məşq edirlər. Bununla belə, təlimdə real nüvə silahı və döyüş sursatı istifadə olunmur. NATO “Steadfast Noon”un əvvəlcədən planlaşdırılmış, rutin təlim olduğunu və konkret ölkəyə qarşı yönəlmədiyini bildirir.

