Belarusda keçiriləcək “Zapad-2025” təlimlərində taktiki nüvə silahlarından istifadənin planlaşdırılması tətbiq olunacaq.
“DenMedia.az” “TASSA”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Belarus Baş Qərargahının rəisi Pavel Muraveyko bildirib.
Onun sözlərinə görə, təlimlər sentyabrın 12-dən 16-dək Belarus ərazisində keçiriləcək.
“Təlimlər çərçivəsində bütün növ silahlardan istifadənin planlaşdırılması nəzərdə tutulub. Tutaq ki, bütün dünyaya, ümumbəşəri təhlükəsizliyə təhlükə yaradan bir şeydən istifadə etmək mümkün deyil. Bəs bunu necə planlaşdırmaq olar? Biz öyrənəcəyik”, - deyə Muraveyko bildirib.
Nazirlik rəsmisi onu da əlavə edib ki, Belarus və Rusiya hərbçiləri hava zərbələrini dəf etməyi və şərti düşmənin təxribat qrupları ilə mübarizə aparmağı planlaşdırırlar.