Estoniya Ukrayna ordusu üçün ABŞ istehsalı silahların alınmasına əlavə 10 milyon avro ayıracaq.
Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Estoniyanın Baş naziri Kristen Mixal Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı ölkəsinin Kiyevə hərbi dəstəyini davam etdirəcəyini bildirib.
Vəsait NATO-nun PURL proqramı çərçivəsində ayrılacaq. Bu mexanizm vasitəsilə Avropa ölkələri və Kanada Ukrayna ordusunun ehtiyacları üçün ABŞ istehsalı silah və hərbi texnikanın alınmasını maliyyələşdirirlər.
2025-ci ilin ortalarında fəaliyyətə başlayan proqram Ukraynanın müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Mixal Avropa ölkələrinin Ukraynaya dəstəyinin davam etdiriləcəyinə əminliyini də ifadə edib.

