Daha əvvəl adı “Neftçi” və "Beşiktaş"la hallanan Sergen Yalçın "Antalyaspor"dan ayrılandan sonra hələ də işsizdir.
Den.az xəbər verir ki, Sergen Yalçın yeni təklif alıb. Türkiyə mediasının məlumatına görə, Sergen Yalçına Səudiyyə Ərəbistanından təklif gəlib. Bildirilir ki, məşqçi təklifi rədd etməyib və nəzərdən keçirir. Sergen Yalçının 1 illik müqavilə imzalamaq istədiyi irəli sürülür. Təklif göndərən Səudiyyə Ərəbistanı klubunun adı açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Sergen Yalçının adı “Neftçi” ilə hallanmış, məşqçi detalları müzakirə etmək üçün Azərbaycana gəlmişdi. Tərəflərin maddi məsələlərdə razılığa gələ bilmədiyi irəli sürülmüşdü.
Sergen Yalçın təklifi qəbul etdi - Sürpriz seçim

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.