Kriştiano Ronaldonun Portuqaliya ilə 2026-cı il dünya çempionatına hazırlaşdığı bir vaxtda “Əl-Nassr”da qalmaq, yoxsa Avropaya qayıtmaq istəməsi müzakirə edilir.
Den.az xəbər verir ki, adı “Fənərbaxça” ilə də hallanan Ronaldonun “Əl-Nəssr”də qalacağı irəli sürülür. İtalyan insayder Fabrizio Romano Səudiyyə Ərəbistanı Pro Liqasına yaxın mənbələrə istinadən bildirib ki, Ronaldo “Əl-Nəssr”lə müqavilə yeniləmək istəyir. Tərəflər arasında danışıqların aparıldığı deyilir. Bildirilir ki, Ronaldonun müqaviləsi 2025-ci ildə başa çatır. Futbolçu klubu ilə daha iki illik müqavilə imzalaya bilər.
Qeyd edək ki, Ronaldonun adı “Fənərbaxça” ilə hallansa da, baş məşqçi Joze Mourinyo iddiaları rədd etmişdi.
Adı “Fənərbaxça” ilə hallanan Ronaldo qərarını verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.