UEFA Avropa Liqasında oynanacaq matçlardan sonra ortaya çıxacaq cədvəl süni intellekt tərəfindən simulyasi edilib.
Den.az bildirir ki, siyahı "Football Meets Data" tərəfindən hazırlanıb. Simulyasiyada liqa mərhələsindən sonra klubların ilk 8 və 24 yeri tutma ehtimalları göstərilib. Siyahıya görə, təmsilçimiz "Qarabağ"ın ilk 8-də yer alma ehtimalı 12 faiz, ilk 24 sırada yer alma ehtimalı isə 65 faiz olaraq dəyərləndirilib.
Siyahıda ilk onluqda türk klublarından "Qalatasaray" yer alıb - klub 41 faiz ehtimalla ilk 8-də, 87 faiz ehtimalla ilk 24-də olacaq.
Qeyd edək ki, liqa mərhələsində ilk 8-də yer alan klublar birbaşa növbəti mərhələyə keçəcək, 9-24-cü yerdə olanlar isə play-off oynayacaq. 24-36-cı yerləri tutan klublar yarışdan kənarda qalacaqlar.
Tam siyahını təqdim edirik:
"Qarabağ"ın 1/8 finala çıxma ehtimalı bu qədərdir - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.