Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun məşqçisi Fatih Terim karyerası ilə bağlı qərar verib.
Den.az xəbər verir ki, Terim mövsüm bitdikdən sonra komandadan ayrılmaq qərarına gəlib. İddialara görə, ötən mövsümün ortalarında “Əl-Şəbab” komandası ilə 1,5 illik müqavilə imzalayan Terim müqaviləsi yekunlaşmadan klubdan ayrılmağa qərar verib.
Qeyd edək ki, Fatih Terim “Əl-Şəbab”ın rəhbəri kimi 23 matça 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyətlə orta hesabla 1,74 xal əldə edib. Ötən ilin sonunda vəzifəsinin icrasına başlayan Terim mövsümü 60 xalla 6-cı yerdə başa vurub.