"Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo karyerası ilə bağlı qərar verib.
Den.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda yekunlaşacaq Ronaldo “Əl-Nəsr”də qalmağa qərar verib. Məlumata görə, Ronaldo “Əl-Nəsr”lə iki illik müqavilə imzalayacaq. Xəbərdə deyilir ki, Ronaldo yeni müqavilədə illik 200 milyon avroya yaxın məvacib alacaq. Həmçinin Ronaldo ilə klub arasında işgüzar əlaqələr daha da intensivləşəcək. Bildirilir ki, “Əl-Nəsr” klubun səhmlərindən Ronaldoya verə bilər.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm “Əl-Nəsr”də 32 dəfə fərqlənib. “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında lider “Əl-İttihad”dan 8 xal geri qalır.