"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunda "Bernli"yə qarşı oyunda penaltidən fərqlənib.
Denmedia.az xəbər verir ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Misirli futbolçu İngiltərə çempionatlarında "qırmızılar"ın heyətində 35-ci penaltisini qolla tamamlayaraq Billi Liddellin rekordunu qırıb. Əfsanəvi futbolçunun hesabında 34 belə qol var idi.
Bu top Salahın Premyer Liqadakı ümumilikdə 188-ci qolu olub. Bununla da 33 yaşlı hücumçu turnirin tarixində bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Arne Slotun rəhbərliyi altında "Liverpul" mövsümə 4 qələbə ilə start verib və 12 xalla turnir cədvəlinin lideridir.Publika.az