İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir.
Den.az-ın “Ksa Sport”-a istinadən verdiyi xəbərə görə, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”-la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.
Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.
Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”-la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”-la 2025-ci ilin yayına qədər müqaviləsi var.
Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”-a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.
Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.