Uzun sürən ağır xəstəlikdən sonra Azərbaycanda karate və cüdo-ciutsu məktəbinin banisi, Cüdo-ciutsu Federasiyasının rəhbəri, əməkdar məşqçi və əməkdar bədən tərbiyəsi və idman xadimi Mirəli Seyidov vəfat edib. Bu barədə mərhumun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Mirəli Seyidov döyüş sənətlərinin beynəlxalq səviyyədə inkişafına verdiyi töhfələrə görə nüfuzlu “Oskar” mükafatına layiq görülüb. O, cüdo-ciutsu üzrə 8-ci dan, karate-do üzrə isə 6-cı dan dərəcəsinə malik idi. Onun mükafatları sırasında Dzerjinski medalı və SSRİ-nin ən yaxşı məşqçisi diplomu da yer alır.
Mirəli Seyidov uzun illər ərzində Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının hazırlığı ilə məşğul olub.

