FC Barcelona prezidenti Joan Laporta 2021-ci ildə Lionel Messi ilə yolların ayrılmasına görə peşman olmadığını açıqlayıb.
Bu barədə o, Mundo Deportivo-ya müsahibəsində danışıb.
“Mən qərar verməli idim. Düşünürəm ki, doğru qərar verdim. Klubun maliyyə vəziyyətini bərpa etdik, rəqabətədavamlı komanda qurduq və nəsil dəyişikliyinin vaxtı çatmışdı”.
Lionel Messi Barselona akademiyasının yetirməsi olub və 2003–2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddətdə 835 oyunda 709 qol vurub.
O, klubla 4 dəfə UEFA Çempionlar Liqasını qazanıb, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub, iki dəfə Amerika Kubokunun qalibi adını qazanıb və 8 dəfə “Qızıl top”a layiq görülüb.
Lionel Messi Barselona ilə ümumilikdə 35 titul qazanıb, Argentina millisi ilə 6 uğur əldə edib, əlavə olaraq Paris Saint-Germain ilə 3 titul qazanıb. 2023-cü ildən isə Inter Miami klubunda çıxış edir.

